Xoşqədəm ürəkgetməsindən danışdı

Xoşqədəm ürəkgetməsindən danışdı
4075 dəfə oxunub
  • A-
  • A
  • A+

Teleaparıcı Xoşqədəm Hidayətqızının ötən gün “Sən tək deyilsən” proqramında səhhətinin pisləşməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Şəbəkə istifadəçiləri teleaparıcının reytinq xətrinə oyun qurduğunu qeyd ediblər.

Axşam.az-ın məlumatına görə, səsləndirilən fikirlərə münasibət bildirən teleaparıcı “qafqazinfo”ya açıqlamasında qeyd edib ki, artıq bir ildir səhhətində problem var:

“Hər kəs qarşısındakını özü kimi bilir. Ona görə düşünürlər ki, reytinq xətrinə verilişdə halım pisləşib. Kim nə istəyir düşünsün. Allah mənə yaxşı günlər qismət etsin. O cür düşünənlərə də həmin anları yaşatsın. Artıq heç nə deyə bilmərəm.  Fikirlərində, sözlərində azaddırlar. Verilişdə həqiqətən halım pis oldu. Mənim Əfqanıstana səfərim var idi, iki gün öncə bu haqda açıqlama vermişdim. Həkimlər təyyarəyə minməyə icazə vermədiyi üçün səfərimi təxirə saldım. “Axtarıram səni” verilişi üçün 2-3 gün vaxtım var idi ki, səfərimi reallaşdırım. Bu səfər mənim üçün vacib idi, ən önəmli səfərim təxirə düşüb. Bir ildir səhhətimdə problem var, həkimlər çox əsəbləşməməyi, çox işləməməyi tapşırıblar. Mən nəinki həkimlərin məsləhətinə qulaq asıram, yazdıqları dərmanları da qəbul etmirəm, sağlamlığımı düşünmürəm. Mənim proqramım pozuldu, çəkilişlərim alt-üst oldu”.

Hidayətqızı Zaur Baxşəliyevin təqdim etdiyi “Aramızda qalsın” verilişində müğənni Rəqsanə İsmayılovanın özündən getməsinə münasibət bildirmək istəməyib və müğənniyə Allahdan şəfa diləyib.