"Nəhayət, ona qovuşdum" - Günay

"Nəhayət, ona qovuşdum" -  Günay
2475 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günay İbrahimlinin uzun müddətdir üzərində çalışdığı “Sənə bağlanıram” albomu işıq üzü görüb.

Axşam.az-ın məlumatına görə, sənətçi bununla bağlı mətbuat konfransı keçirməyə hazırlaşır. Sabah baş tutacaq tədbirdə sənətçi həm də yeni “Hüzur” klipini təqdim edəcəyini bildirib:

“Albom Türkiyədə hazırlanıb. Uzun müddətdir üzərində iş gedirdi. Nəhayət, ona qovuşdum. Sabah media nümayəndələri ilə görüşüb, yeni işimi təqdim edəcəm. Eyni zamanda Aqil M.Quliyevin rejissorluq etdiyi “Hüzur” klipimi də tamaşaçıların ixtiyarına verəcəm. Türkiyədəki albomun ərsəyə gəlməsində rolu olan Uğur Kopuz da Bakıya gəlib, təqdimata qatılacaq”.