Xatirə Elgizin verilişinə getmədi - açıqlama

Xatirə Elgizin verilişinə getmədi -  açıqlama
18312 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam bu gün “Günə baxan” verilişinə qatılmayıb.

Axşam.az-ın məlumatına görə, aparıcı Elgiz Əkbər proqramın sonuna kimi “Maşın” şounun qalibinin onun qonağı olacağını gözləyib.

Digər qonaq əməkdar artist Mehriban Xanlarova isə sənətçinin onunla üz-üzə gəlməsini istəmədiyi üçün canlı yayıma qatılmaqdan imtina etdiyini bildirib.

Əməkdaşımızla söhbətində X.İslam məsələyə aydınlıq gətirib:

“Maşını udandan sonra Murad Dadaşovdan xahiş etdim ki, qoyun evə gedim, yatım, paltarımı dəyişib axşam efirə gəlim. İcazə vermədi ki, sən oteldə qalmalısan. Axşam final bölüm yayımlandıqdan sonra hara istəyirsən get. 49 saat oyaq qalmışdım. Bu səhər də yatıb qalmışam. Efirə getməməyimin tək səbəbi budur. Başqa məna axtarmasınlar”.