"Möhtəşəm yüz il"in aktyoru Bakıda - fotolar

"Möhtəşəm yüz il"in aktyoru Bakıda - fotolar
1988 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin tanınmış aktyoru Səlim Bayrakdar Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, o, "28 cinema"da baş tutan "Kırmızı" filminin qala gecəsində iştirak edib.

Filmin yaradıcı heyəti ilə bir yerdə gələn "Möhtəşəm yüz il"in "Sünbül Ağa"sı Səlim ekran işi ilə bağlı xəbər verib:

"Bu filmlə hamımız uşaqlığımıza səyahət edəcəyik. Aktyorun işi filmdə oynamaqdır. Bu yaxşı rol da ola bilər, pis də. Hər dəfə mənfi obrazlarla tamaşaçıların qarşısına çıxırdım. Bu dəfə tam fərqli, yaxşı bir insanı oynamışam. Filmimiz hələ Türkiyədə yayımlanmayıb. Sentyabrda qala gecə keçirəcəyik. İlk dəfə Azərbaycanda nümayiş olunur".

Filmin baş rol ifaçısı Cemal Hünalın da qala gecəyə qatılacağı deyilsə də, aktyor Bakıya gələ bilməyib. Bunun səbəbini isə S.Bayraktar açıqlayıb:

"O da gəlmək istəyirdi. Əvvəlcədən danışıqlar aparmışdıq, birlikdə gələcəkdik. Amma Cemalın serial çəkilişi var. Həm də teatrda oynayır. Ona görə də vaxtı olmadə".

Qeyd edək ki, filmin rejissoru və ssenari müəllifi Yücel Müştekindir.

FOTO: Abdul SALAHOV