Muğam Müsabiqəsinin qalibləri məlum oldu

Muğam Müsabiqəsinin qalibləri məlum oldu
1982 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, AzTV-nin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə reallaşan V “Muğam televiziya müsabiqəsi” mayın 29-da başa çatıb.

Axşam.az-ın modern.az-a istinadən məlumatına görə, təxminən 4 ay davam edən “Muğam müsabiqəsi-2015"in final konserti  Bakıdakı Beynəlxalq Muğam Mərkəzində təşkil olunub. Yekunda qaliblər müəyyənləşib.

Birinci yerə Nisbət Sədiyeva, ikinci yerə Məhəbbət Səfərov, üçüncü yerə isə Sədəf Budaqova layiq görülüb.

Qeyd edək ki, müsabiqənin qalibləri sırf münsiflərin səsverməsi nəticəsində müəyyən olunub. Münsiflər heyətinin tərkibinə muğam sənətinin biliciləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov daxil idi.