Elnurdan yeni xəbər var

Elnurdan yeni xəbər var
4816 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanı “Eurovision-2015” mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov iki albom üzərində işləyir.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, bu barədə oikotimes.com saytı məlumat yayıb.

Müğənni bildirib ki, o, hazırda albom üçün mahnı yazır.

“Onlardan biri məni “Türkiyənin səsi” yarışmasında dəstəkləyən pərəstişkarlarım üçün türk dilində olacaq. Digərini isə bütün Avropa və "Eurovision" fanlarım üçün ingilis dilində hazırlayacağam”, - deyə o qeyd edib.

Elnur ingilis dilində albomunu tanınmış Azərbaycan pianoçusu və bəstəkarı İsfar Sarabski ilə birgə hazırlayacaq. Albomların buraxılış vaxtının yayda elan ediləcəyi gözlənilir.