Məşəl Qobustanda - fotolar

Məşəl Qobustanda -  fotolar
924 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakı-2015” birinci Avropa Oyunlarının məşəli mayın 30-da Qobustana gətirilib.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, qobustanlılar Avropa Oyunlarının məşəlini böyük sevinclə qarşılayıblar. Şəhərin Heydər Əliyev prospektində mədəniyyət evinin qarşısında qurulan və ətrafında minlərlə insanın toplaşdığı rəmzi qapıda birinci Avropa Oyunlarının məşəlini məşqçi-müəllim Fərid Əzizov qəbul edib.

Sonra 10 nəfər məşəlçi sürəkli alqışlarla yürüşə başlayıb. Onlar yol boyu növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca 2,5 kilometr məsafə qət etməklə şəhərin bayraq meydanında qurulan səhnəyə gəliblər. Karatenin tiroksin-kaymay növü üzrə üçqat respublika çempionu İbad Rzazadə səhnəyə qalxaraq burada qurulan məşəli alovlandırılıb. Əlaçı şagird, Heydər Əliyev inşa yazı müsabiqəsinin respublika turunun qalibi Gülər Cavadovanın qəbul etdiyi ilk Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Qobustan şəhərinə təhvil verilib.