Elnarədən müğənnilərə: "İntellektual səviyyəniz sıfırdı"

Elnarədən müğənnilərə:  "İntellektual səviyyəniz sıfırdı"
3802 dəfə oxunub
  • A-
  • A
  • A+
ANS-in aparıcısı Elnarə Təhməzova müğənniləri tənqid edib.

Axşam.az-ın məlumatına görə, o, "İncə maraqlar" verilişində ifaçıları savadsızlıqda günahlandırıb:

"Soyunurlar ayaqların qaldırada bilmirlər. O qədər şişiblər ki... Müğənnilərin 99 faizi özlərindən necə razıdırlar... Ağac bar verdikcə gərək başın aşağı əyə. Sizin başınıza elə qapazlar vururlar ki... Haqlarında nəsə eşidəndə heç birinə yazığım gəlmir. Başınızdan elə vuracaqlar darıxmayın. Məndən inciyən özü bilər. Konsertə gəlirlər sonda, evvəldə oxumaq davası döyürlər. Sənin işinin adı oxumaqdır. Çağırıblar gəl oxu get. Başqa nə iş bacarırsınız ki? Çoxunuz iki vur ikini bilmirsiniz. Savadlı müğənni görəndə sevinirəm. Elektron saatı bilmirsiz. İntellektual səviyəniz sıfırdı. Bu sözüm hər kəsə aid deyil. Faiq Ağayev, Tünzalə Ağayeva, Samira kimi savadlı müğənnilərimiz də var".