Elza Seyidcahan yanan binaya mahnı yazdı

Elza Seyidcahan yanan binaya mahnı yazdı
2038 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan "Yanmış pianonun fəryadı" adlı yeni layihə hazırlayır.

Axşam.az-ın məlumatına görə, müğənni onu mayın 19-da Bakıda yanan binada zərər çəkənlərə həsr edəcəyini bildirib:

"Bir gözümüz gülsə də, bir gözümüz ağlayır. Bəzi insanlar elə bilirdi ki, mən yanmış binanın qarşısına piano aparıb, orada mahnı oxumuşam. Həmin piano binada yaşayanlardan birinə məxsus idi. Bir tərəfi yanmışdı. Onu görüb, özümü saxlaya bilmədim, mahnı ifa etdim. Neçə ziyallı, adi insanlar mənə təşəkkür məktubu yazır. Qeydri-adi layihələr etməyi xoşlayıram. Yeni mahnı bəstələmişəm. Mehman Arifoğlu ona sözlər yazıb. Bu mahnıya klip də çəkdirəcəm. İfamın sonunda Cığatel xanımın yazdığı bir şeiri deyəcəm. Çox maraqlı layihə alınacaq. Rejissor təklif etdi ki, kliplə yanaşı sizin fotosessiyanızı edək. Orada bir piano yandıraq. Amma razılaşmadım. Mənim üçün pianonu bilərəkdən yandıran insan cinayət daşıyır".