Məşhurlar Dənizkənarı parkda - fotolar

Məşhurlar Dənizkənarı parkda -  fotolar
2574 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun dəstəyi ilə Dənizkənarı Milli Parkda birinci Avropa Oyunlarına həsr olunan “Dostlarla Oyunlara” şüarı altında konsert təşkil edilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, birinci Avropa Oyunlarını dəstəkləyən konsertdən əvvəl ölkəmizin bu mötəbər tədbirlərə hazırlığını əks etdirən videoçarx nümayiş olunub. Saat qülləsinin yanında bir neçə saat davam edən konsertdə şəhər sakinləri və paytaxtın qonaqları respublikanın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla izləyiblər.

“Bakı-2015” birinci Avropa Oyunlarının ulduz elçisi Murad Dadaşovun aparıcısı olduğu konsert proqramında Azərbaycanın incəsənət ustaları Tünzalə Ağayeva, Lalə Məmmədova, Samir Cavadzadə, İradə İbrahimova, Aygün Bəylər, Sevda Ələkbərzadə, Ədalət Şükürov, Eldar Qasımov, Röya Ayxan, Manana Caparidze və başqaları çıxış edib.

Sevda Ələkbərzadənin və Samir Cəfərovun birgə ifa etdikləri “İlk Avropa Oyunları” mahnısı isə xüsusi alqışlarla qarşılanıb.