Məşəl Xızıda alovlandırılıb - fotolar

Məşəl Xızıda alovlandırılıb -  fotolar
904 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Azərbaycanın şimal bölgəsinə qədəm basıb.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, bu regionda məşəlin ilk qarşılanma mərasimi dağlar qoynunda yerləşən, əsrarəngiz təbiətə malik Xızı şəhərində keçirilib.

Sumqayıt şəhərindən sonra Xızıya gətirilən məşəl şəhərin Heydər Əliyev prospektində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyət nümayəndələri tərəfindən böyük coşqu ilə qarşılanıb. Məşəl Yeni Yaşma kənd tam orta məktəbinin fiziki hazırlıq müəllimi Ağəli Əsgərov tərəfindən qəbul olunub. Bundan sonra 10 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca iki kilometrədək məsafəni qət edib Ümummilli Liderin adını daşıyan parka gəliblər. Burada quraşdırılan səhnəyə qalxan Fəxri bədən tərbiyəsi və idman işçisi, Giləzi qəsəbə tam orta məktəbinin fiziki hazırlıq müəllimi Elmik Məmmədhəsənov məşəli alovlandırdılıb. Məşəlin alovlandırılmasını izləyən xızılılar bu tarixi hadisəni alqışlarla qeyd ediblər.

Sonra isə Avropa Oyunlarının çırağı yandırıldı və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.