"Kirayədə qalırıq" - Günel

"Kirayədə qalırıq" -  Günel
5894 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova yeni mənzilə köçüb.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda “Onlar”a açıqlamasında deyib:

“İstanbulda Fulyada qalırdım. İndi Maslaka köçmüşəm. Səkkiz ildir orada yaşayırdıq. Əşyalarımız çox idi. Öz evimiz deyil, kirayədə qalırıq. Artıq mənzil almağı düşünürəm. Hələ də paltarlarımı yeni evə yerləşdirə bilməmişəm. Gələcəkdə geyimlərimi satışa çıxarmağı düşünürəm. Əldə edəcəyim gəliri isə xeyriyyə məqsədiylə xərcləyəcəm”.

Yeniliklərindən danışan G.Zeynalova türkiyəli ifaçı Gülşəndən mahnı alacağını bildirib:

“İfa tərzimdə dəyişiklik etməyi düşünürəm. Gülşəndən, Soner Sarıkabadayıdan mahnılar alacam. Hazırda menecerim yoxdur. Bütün işimi özüm edirəm. Bundan sonra da kiminləsə çalışmağa ehtiyacım yoxdur. Albomumu bir şirkətə həvalə edəcəm. Barlarda oxumaq təklifi gəlir, amma istəmirəm. Bir az ara verib, yeni mahnılarımla turneyə çıxmaq istəyirəm”.