"Görməmiş kimi hər yerə gedirlər" - Natavan

"Görməmiş kimi hər yerə gedirlər" -  Natavan
3506 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Natavan Həbibi şou-biznesin hazırki durumundan şikayətlənib.

Sənətçi Axşam.az-ın əməkdaşı ilə söhbətində az-az görünməyinin səbəbini açıqlayıb:

“İstirahətdəydim. Bakıya yeni qayıtmışam. Gündəmə çox gəlmirəm. Çünki maraqsızdır, şou-biznesdə insanı çəkən heç nə yoxdur. Maraqsız insanlar, hədsiz paxıllar çoxalıb. Belə hallar artıqca, adam həvəsdən düşür. Səviyyəsizlərin sayı artır. Görməmiş kimi hər yerə gedirlər. Öz səviyyəsini, sənətini qoruyanlar onların içində olmaq istəmir. Mən də hər yerə getmirəm. Maraqlı veriliş olanda qatılıram”.

Yaradıcılığından danışan N.Həbibi yeni mahnı hazırladığını deyib:

“Bəxtiyar Vahabzadənin sözlərinə mahnı bəstələtmişəm. Bu mahnıya klip də çəkdirəcəm. Bir də Murad Arifdən yeni mahnı almışam”.

Foto: Azad BAĞIROV