Sumqayıt və Abşerondan gələn maşınlar Bakıya buraxılmayacaq

Sumqayıt və Abşerondan gələn maşınlar Bakıya buraxılmayacaq
2260 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gündən etibarən rayon qeydiyyatında olan avtomobillərlə Bakı şəhərində taksi fəaliyyətinə icazə verilməyəcəyi barədə məlumat vermişdik.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon qeydiyyatında olan maşınlarla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu qeydiyyatında olan maşınlara da bu qadağa şamil olunacaq. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Kamran Əliyev bildirib ki, bu addımı atmaqda məqsəd sürücülərin rahatlığını təmin etməkdir:

"Bir neçə gün sonra Bakı-Sumqayıt qatar yolu istifadəyə veriləcək. Bölgələrdən gələn minik maşınlarının isə şəhər ətrafında saxlanılması üçün dayanacaqlar var. Bu, I Avropa Oyunları zamanı əhalinin rahatlığını üçün düşünülmüş bir addımdır. Bakı qeydiyyatında olan bütün avtomobillər isə şəhərdə rahatlıqla hərəkət edəcək".