ANS-də Xatirə ilə Çina arasında qalmaqal - video

ANS-də Xatirə ilə Çina arasında qalmaqal -  video
9968 dəfə oxunub
  • A-
  • A
  • A+
ANS-də yayımlanan “Günə baxan” verilişində müğənni Xatirə İslamla dicey Çina arasında gərgin anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, X.İslam qarşı tərəfi onun haqqında xoşagəlməz sözlər danışmaqda ittiham edib:

“Mənim haqqımda demisən ki, "belə biabırçılıq ola bilməz". Sənə barəmdə danışmaq ixtiyarı vermirəm. Bizim münasibətimiz yoxdur, məni tanımırsan. Səhv edib mənlə bağlı fikir bildirmisən. Sən “M Group”un işçisisən. Çinaya “Maşın” şoudakı hansısa bir iştirakçı haqqında fikir demək qadağandır. Bunu Murad Dadaşov bilsə, başa salar ki, olmaz. Sən mövqe bildirə bilməzsən”.

Dicey isə müğənni haqqında heç vaxt fikir bildirmədiyini deyib:

“Günə baxan”ın həm siması, həm də işçisiyəm. Burada nəyi deyib-deməyəcəyimə yalnız rəhbərlik qadağa qoya bilər. Mənə hədə-qorxu gəlməyə ehtiyac yoxdur. Tamaşaçı kimi şou ilə bağlı öz fikrimi bildirmişəm. Xatirə İslam adı çəkməmişəm. Yanlış məlumat almısınız. Mənim kanalıma hörmətim var. Murad Dadaşov mənim böyüyümdür. Siz isə xanımsınız, haqqınızda danışmaram”.