Sevda həmkarlarını bir araya yığdı - fotolar

Sevda həmkarlarını bir araya yığdı -  fotolar
2050 dəfə oxunub
  • A-
  • A
  • A+

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi və müğənni Sevda Yahyayevanın təşəbbüsü ilə Suraxanıda Heydər Əliyev parkında xeyriyyə konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, “KEvents group”-un təşkilatçılığı ilə keçirilən tədbirdə müğənniləri Zamiq Hüseynov, Emil Bədəlov, Sevil və Sevinc bacıları, Hacı Nazim, Elçin Hüseynov və Ceyhun Əliyev mahnılar səsləndirib. 

Aparıcılığı Samir Bayramlıya həvalə olunan konsertdə S.Yahyayeva uşaqları təbrik edərək, yeni mahnılarını səsləndirib, onlarla şəkillər çəkdirib.