Bulvarda çayla mürəbbənin qiyməti ilə bağlı rəsmi açıqlama

Bulvarda çayla mürəbbənin qiyməti ilə bağlı rəsmi açıqlama
3491 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial şəbəkələrdə bulvarda çayın qiymətinin ucuzlaşması ilə bağlı yayılan məlumatları Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov da təkzib edib.

Axşam.az-ın məlumatına görə, o, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, çayın qiyməti 2 manatdır, ancaq mürəbbə ilə bağlı elə bir qərar olmayıb:

“Mən demişəm ki, kimsə 2-3 manatlıq çaya görə vətəndaşdan artıq pul tələb edirsə və yaxud “mütləq çayın yanında çoxsaylı şirniyyat almalısan” tələbini qoyursa cəzalandırılır. Ancaq mürəbbəyə standart qiymət tələbi qoyulmayıb. Hazırlandığı meyvədən asılı olaraq mürəbbə çeşidlərinin qiymətləri dəyişir”.