Rəqqasələr arasında ilk - video

Rəqqasələr arasında ilk -  video
1729 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva bu gün "Bakı 2015" Avropa Oyunlarına həsr olunan klipinə təqdimat edib.

Axşam.az-ın məlumatına görə, sənətçi ekran işində "Ana vətən" mahnısının sədaları altında rəqs edib.
 
F.Fətəliyeva rəqqasələr arasında bu addımı atan ilk sənətçi olduğunu deyib.

“Avropa Oyunlarına mənim də bir töhfəm oldu. Bunu özümə borc bildim. İstədim öz rəqsimlə  idmançılarımıza dəstək olum”. 

Rəqqasə onu da qeyd edib ki, idman heç də ona uzaq bir sahə olmayıb. Belə ki, sənətçi uşaq vaxtı yüngül atletika ilə məşğul olduğunu vurğulayıb.
 
Klipdə rəqqasəni  “Talant & Virtuoz” rəqs qrupu müşayiət edib.

Ekran işinin rejissoru Nail Naiboğludur. Rəqsə quruluşu isə xoreoqraf Fərhad Vəliyev verib. Çəkilişləri bir gün ərzində baş tutan klipin ideya müəllifi Tahirə Məmmədqızına məxsusdur.

Foto: Xəzər MƏMMƏDOV