Hava mülayimləşəcək

Hava mülayimləşəcək
935 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 3-4-də Azərbaycanın bölgələrində külək arabir güclənsə də, Bakıda və Abşeron yarımadasında hava mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axşam.az-a bildiriblər ki, iyunun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 28-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 3-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 22-28 dərəcə isti olacaq.