FİFA prezidenti istefa verdi

FİFA prezidenti istefa verdi
1039 dəfə oxunub
  • A-
  • A
  • A+

FİFA prezidenti Yozef Blatter istefa verib.

Axşam.az-ın qol.az-a istinadən yaydığı xəbərə görə, bu barədə o, Sürixdə keçirilən mətbuat konfransında bildirib:

"Bu vəzifədə olmağım hər kəs tərəfindən dəstəklənmir".

Bildirilir ki, Y.Blatterin bu qərarı verməsinə bəzi FİFA məmurlarının həbs olunması səbəb olub.

Qeyd edək ki, Y.Blatter üç gün öncə keçirilən prezident seçkilərində ilk turda 133 səs toplamışdı. İkinci namizəd Əli ibn Əl-Hüseyn 73 səs yığmışdı. Səsvermənin nəticəsi açıqlandıqdan sonra Əli ibn Əl-Hüseyn namizədliyini geri götürmüşdü. Nəticədə yeganə namizəd Yozef Blatterin beşinci müddətə ali futbol qurumun rəhbəri olmuşdu.