Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu
1979 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda bu dəqiqələrdə zəlzələ baş verib.

Axşam.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən 14:32:57-də Şamaxı ərazisində Şamaxı-İsmayıllı sərhəddində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.

Yerin 5 km dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 4,6 bal gücündə olub.

Günün ikinci təkanı saat 15:06:18-da İsmayıllı rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunub.

Bu dəfə isə zəlzələnin maqnitudası 4 bal gücündə olub.