Roma Papasından Azərbaycan Prezidentinə təbrik məktubu

Roma Papasından Azərbaycan Prezidentinə təbrik məktubu
648 dəfə oxunub
  • A-
  • A
  • A+

Roma Papası Fransis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axşam.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Allahdan bütün insanlara firavan gələcək və mərhəmət diləyirəm.

Sizinlə görüşümüzü məmnunluqla xatırlayır, Azərbaycan xalqına, Zati-alinizə və hökumətinizə əmin-amanlıq arzu edirəm".