Sevgililərin məhəbbət simvolu söküldü - fotolar

Sevgililərin məhəbbət simvolu söküldü - fotolar
3331 dəfə oxunub
  • A-
  • A
  • A+

"Pont des Arts" və ya "İncəsənət körpüsü" - Parisdə sevgililərin ən məşhur yeridir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bütün dünyadan sevgili cütlüklər buraya gələrək öz məhəbbətlərini simvolunu - kilidi körpüyə bağlayırdılar. Lakin iyunun 1-dən etibarən şəhər rəhbərliyi həm də "Sevginin isbatı" adlanan körpünün kilidlərlə olan hissəsini qaldırıb.

45 ton ağırlığında olan məhəccərlərin oradan götürülməsində səbəb körpünün ağırlığa dözə bilməyəcəyi ehtimalıdır.
 
Qeyd edək ki, sevgililər bu məkana 2008-ci ildən axın etməyə başlayıblar. Keçən il isə körpünün bir tərəfi ağırlığa tab gətirməyərək suya düşüb. Digər səbəb kimi isə bir milyondan çox qıfılın körpünün 19-cu əsrə aid olan görüntüsünü korladığı göstərilib.