BBC kraliçadan üzr istədi - foto

BBC kraliçadan üzr istədi - foto
1463 dəfə oxunub
  • A-
  • A
  • A+

BBC telekanalı Böyük Britaniya kraliçası II Yelizavetadan üzr istəyib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, kanalın Ahmen Kavayya adlı jurnalisti Tvitterdə 89 yaşlı kraliçanın bu gün vəfat etdiyini yazıb. Xəbər qısa müddətdə nüfuzlu media orqanlarında yayılıb.

Lakin Bukingem sarayının mətbuat xidməti xəbəri təkzib edərək kraliçanın xəstəxanaya sadəcə müayinə üçün getdiyini açıqlayıb.

Bundan sonra qadın jurnalist paylaşdığı tvitləri silərək səhv etdiyini yazıb. BBC isə əməkdaşının işinə hələ davam edib-etməyəcəyi ilə açıqlama verməsə də, rəsmi şəkildə İngiltərə kraliçasından üzr istəmək məcburiyyətində qalıb.