Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
921 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə iyunun 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.