Bakıda iki küçənin təmiri bitdi - fotolar

Bakıda iki küçənin təmiri bitdi - fotolar
789 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Binəqədi rayonunda iki küçə təmirdən sonra sürücülərin ixtiyarına verilib.

Axşam.az-ın "Azəryolservis" ASC-ə istinadən məlumata görə, “Azəryolservis” ASC paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə təmir-tikinti işlərini davam etdirir. Bu çərçivədə Binəqədi rayonu Biləcəri qəsəbəsinin daha iki küçəsi - Rəşid İsmayılov və Xurşidbanu Natəvan küçələri təmir olunub.

Küçələrin ümumi uzunluğu 670 metr, eni isə ortalama 13,5 metrdir. Burada ümumilikdə 9500 kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa, hər iki küçədə zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib. Sözügedən ərazidə təqribən 1350 paqon-metr yeni səki daşı düzülüb, səkilərdə abadlıq işləri həyata keçirilib. Bəzi ərazilərdə səkilərə tamet daşları düzülüb, bəzi yerlərdə isə səkilər asfaltlanıb.

Qeyd edək ki, bundan öncə qəsəbənin ümumi uzunluğu 4 kilometr olan 4 küçəsində analoji təmir-tikinti işləri həyata keçirilib.