"Bala Türkvizyon-2015” başladı

"Bala Türkvizyon-2015” başladı
1117 dəfə oxunub
  • A-
  • A
  • A+

Qazaxıstanın Almatı şəhərində türkdilli ölkələrin “Bala Türkvizyon-2015” birinci uşaq televiziya mahnı müsabiqəsinin seçim mərhələsi başlanıb.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, layihənin baş əlaqələndiricisi İslam Bağırov yarışmanın Almatıdan başlanmasının təsadüfi olmadığını bildirib. Diqqətə çatdırıb ki, Qazaxıstan türkdilli ölkələrin mədəni birliyinə böyük töhfə verən dövlətlərdən biridir. Aliyə Nazarbayevanın rəhbərlik etdiyi “Jandau Alemi” fondunun müsabiqəyə xüsusi dəstək verməsi Qazaxıstanda bu tədbirə verilən önəm kimi dəyərləndirilməlidir.

TMB (Türk Müzik Birliyi) telekanalının beynəlxalq layihəsi olan “Bala Türkvizyon-2015” müsabiqəsində 20-dən çox ölkədən, o cümlədən Azərbaycandan 8-13 yaşlı uşaqlar iştirak edəcəklər.

Türkdilli xalqların birliyinin möhkəmləndirilməsində xüsusi rolu olan Azərbaycanda da yarışmanın seçim mərhələsinə hazırlıq görülür. Müsabiqənin keçirilməsində əsas məqsəd isə türk dünyasının yeniyetmə istedadlarını üzə cıxarmaq, onlar arasında sıx əlaqələr qurmaq və ortaq türk mədəniyyətini gələcək nəsillərə aşılamaq, onların bir-birini daha da yaxından tanımasına şərait yaratmaqdır.