Ukraynanın xalq artisti Bakıya gəlir

Ukraynanın xalq artisti Bakıya gəlir
701 dəfə oxunub
  • A-
  • A
  • A+
İyunun 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası olacaq.

Axşam.az-ın "Report"-a istinadən məlumatıan görə, tamaşada əsas partiyalardan biri - Adina partiyasını Ukraynanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Olqa Naqornaya ifa edəcək. Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri – əməkdar artistlər Fərid Əliyev (Nemorino), Əkrəm Poladov (Dilkamara), Səbinə Əsədova (Janetta) və solist Anton Ferştandt (Tonio) iştirak edəcək.

Tamaşanın dirijoru beynəlxalq müsabiqələr və “Humay” milli mükafatının laureatı Əyyub Quliyevdir.
İkinci tamaşa iyunun 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş ediləcək Adolf Adanın “Jizel” baletinin tamaşasıdır. Teatrın repertuarındakı ən baxımlı tamaşalardan biri olan “Jizel” baletsevərlərin ən sevimli əsərlərindən biridir. Xüsusi olaraq I Avropa Oyunlarının mədəni proqramı çərçivəsində şəhərimizin qonaqları üçün nəzərdə tutulmuş tamaşada Azərbaycan Opera və Balet Teatrının balet truppasının artistləri Böyük Teatrın solistləri – Çinara Əlizadə və Andrey Merkuryevlə birlikdə çıxış edəcək.

Tamaşada Jizel rolunu ifa edəcək Çinarə balet artistlərinin 2005-ci ildə keçirilən beynəlxalq müsabiqəsinin qalibi və Azərbaycanın əməkdar artistidir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı onunla sıx yaradıcılıq əlaqələri saxlayır və hər il onu Bakıda qastrola dəvət edir. Ç.Əlizadənin tərəf-müqabili Andrey Merkuryev (Zahzadə Albert) isə Rusiyanın əməkdar artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin və “Qızıl maska” teatr mükafatının laureatıdır.
Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.