Məşhur aktyordan müsəlmanlara dəstək

Məşhur aktyordan müsəlmanlara dəstək
1201 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın tanınmış aktyor və rejissoru Mett Dillon Myanma müsəlmanlarının yaşadığı düşərgəni ziyarət edib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ölkənin Arakan ştatında yaşayan, rohinca adlanan bu müsəlmanları Myanma öz vətəndaşı olaraq qəbul etmir. Aktyor burada gördüklərindən heyrətlənərək hisslərini belə ifadə edib:

"Bu ürək ağrıdan mənzərədir. Heç kim bu cür yaşamaq məcburiyyətində deyil. Bu insanların vəziyyəti çox pisdir. Sanki yavaş-yavaş boğulurlar. Nə gedəcək yerləri, nə də gələcək üçün ümidləri var".

Vaşinqtonda tanış olduğu insan haqları müdafiəçisi Thun Khinin dəvətilə Myanmaya getməyə qərar verdiyini bildirən Dillon Arakan müsəlmanlarının Sudan və Konqo camaatından da ağır vəziyyətdə olduğunu deyib:

"Bura tamam fərqlidir. O qədər dərin ümidsizlik var ki, insanların öldüyünü hiss edə bilərsiniz".

O, ABŞ-da diqqəti buraya çəkmək üçün əlindən gələni edəcəyini bildirib.

Xatırladaq ki, M.Dillon "Crash" filmindəki roluna görə "Oskar" və "Qızıl Qlobus" mükafatlarına namizəd olmuşdu.

Qeyd edək ki, Myanmada 1982-ci ildə qəbul edilən konstitusiyaya görə vətəndaşlıq haqlarını itirən və "dövlətsiz" sayılan Arakanlı müsəlmanlar keçən ay ölkədən mühacirət edən üzvlərinin faciəsi ilə gündəmə gəlmişdi. Tayland hökuməti Myanmadan qaçan bu insanları qayıqlara mindirərək dənizin ortasında ac, susuz buraxmışdı.