Hər kəsə örnək olan 6 yaşlı uşaq - fotolar

Hər kəsə örnək olan 6 yaşlı uşaq - fotolar
7975 dəfə oxunub
  • A-
  • A
  • A+

İki il yarım əvvəl 6 yaşlı Kristian MakFilami saçlarını uzatmaq qərarına gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sinif yoldaşları qıza oxşadığı üçün ona gülərək lağ etsələr də o qərarından dönmür. Çünki xüsusi bir məqsədi var idi: Saçlarını 25 santimetr uzadaraq onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün parik hazırlatdırmaq.

O, bu qərarı "St. Jude Children’s Research Hospital"ın reklamında xərçəng xəstəsi olan uşaqları gördükdən sonra verib. Hətta yaxınları uşaqdan saçını kəsməsini xahiş edirlər, lakin onun məqsədini bildikdən sonra xeyirxah əməlinə görə Kristiandan üzr istəyiblər.

Hər kəsə örnək olan balaca oğlan iki il yarımdan sonra saçlarını kəsərək parik hazırlanması üçün təqdim edib.