“Qız qalası” Beynəlxalq İncəsənət festivalı keçiriləcək

“Qız qalası” Beynəlxalq İncəsənət festivalı keçiriləcək
571 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 11-dən 14-dək Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə VI “Qız qalası” Beynəlxalq İncəsənət festivalı keçiriləcək .

Axşam.az-ın məlumatına görə, İçərişəhərdə baş tutacaq ənənəvi festivalda 17 ölkədən 27 rəssam iştirak edəcək.

Qeyd edək ki, “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. Bu unikal işlər dünyanın fərqli şəhərlərində nümayiş etdirilərək, Azərbaycanın tarixi memarlıq abidəsi olan Qız qalasının təbliğində mühüm rol oynayır.

Daim incəsənətin sərhədlərini genişləndirən “Qız qalası” festivalı çərçivəsində bu il rəssamlara, həmçinin “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzləri olan nar və ceyran heykəllərini də rəngləmək təklif olunacaq.