Gənc Tamaşaçılar Teatrı sonuncu premyeraya hazırlaşır – fotolar

Gənc Tamaşaçılar Teatrı sonuncu premyeraya hazırlaşır – fotolar
634 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc Tamaşaçılar Teatrı 87-ci teatr mövsümü üçün nəzərdə tutulmuş son premyeranı tamaşaçılarına təqdim etməyə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyevin görkəmli yazıçı -dramaturq Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında hazırladığı eyniadlı tamaşanın premyerası iyunun 11-də saat 19:00-da nümayiş etdiriləcək.

Səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır. Tamaşada rolları əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa edəcəklər.

Sözügedən tamaşanın Rusiyanın bir sıra şəhərlərində də nümayiş etdirilməsi nəzərdə tutulub.