Azərbaycanda "Polkovnik" sənədli filmi çəkilir

Azərbaycanda "Polkovnik" sənədli filmi çəkilir
776 dəfə oxunub
  • A-
  • A
  • A+

Görkəmli hərbi xadim Vəli bəy Yadigarov haqqında Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" studiyası və Polşanın "Kaleydoskop" kinostudiyası tərəfindən "Polkovnik" adlı sənədli film çəkilir.

Bu barədə Axşam.az nazirliyə istinadən xəbər verir.

V.Yadigarov rus çar ordusunun tərkibində I Dünya müharibəsində iştirak edib, Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda korpus komandirinin yanında eskadron komandiri olub. XI Qızıl Ordu Bakıya daxil olanda üçüncü Şəki süvari alayının pərakəndə dəstəsi ilə vuruşa-vuruşa Gürcüstan ərzisinə çəkilib. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşub və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə gedib. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olub.

Çəkilişləri Azərbaycan, Polşa və Gürcüstanda aparılan filmin Gürcüstan və Polşa çəkilişləri artıq yekunlaşıb, Azərbaycan çəkilişlərinin isə iyun-iyul aylarında tamamlanması nəzərdə tutulub.

Filmin rejissorları Tahir Əliyev və Leji Lyubax (Polşa), ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, prodüseri Nazim Hüseynovdur.

Filmin çəkilişlərində polşalı kinematoqraflar da iştirak edirlər.