Teatrlarda təlimə başlanıldı

Teatrlarda təlimə başlanıldı
952 dəfə oxunub
  • A-
  • A
  • A+
“British Council”un Azərbaycan nümayəndəliyinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Teatr əməkdaşlığı” layihəsi davam edir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 illik təcrübəyə malik peşəkar işıqlandırma dizayneri Maykl Manyon tərəfindən ikinci təlimə başlanılıb.

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Azərbaycan teatrlarında fəaliyyət göstərən işıqlandırma dizaynerləri üçün nəzərdə tutulan təlim mayın 24-də yekunlaşacaq.

Maykl Manyon Azərbaycanın müxtəlif teatrlarını təmsil edən işıqlandırma dizaynerləri üçün ilk təlimi cari ilin fevralında Gənc Tamaşaçılar Teatrında keçirilib.

Layihə Birləşmiş Krallığın mütəxəssislərinin həyata keçirdikləri təlim proqramı vasitəsilə Azərbaycanın dövlət və özəl teatrlarında çalışan gənc aktyorların və səhnəarxası heyətin peşəkar bilik və bacarıqlarının gücləndirilməsinə istiqamətlənib.

Layihənin məqsədi müəyyən qrup gənc aktyor və səhnəarxası heyətin bacarıq və peşəkarlığını beynəlxalq standartlar səviyyəsində təkmilləşdirməyə kömək etməkdir.