Gey-paradda qarşıdurma oldu - fotolar

Gey-paradda qarşıdurma oldu - fotolar
5428 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 6-da Kiyevdə «Bərabərlik marşı» adlanan gey-parad keçirilib.

Axşam.az-ın Azadlıq Radiosuna istinadən məlumatına görə, qarşıdurma zamanı 3 milis əməkdaşı xəsarət alıb, onlardan biri boynundan yaralanıb.

Mitinqçilərə hücum edənlərdən 10 nəfər saxlanılıb. Naməlum şəxslər mühasirəni yararaq aksiya iştirakçılarına tüstüləyən maddələr atıblar. LGBT hərəkatının fəallarını 13 avtobus milis qoruyub.

Aksiyada 300 nəfərin iştirak etdiyi deyilir.

Aksiyanın keçirilməsinə etirazlar olsa da, prezident Petro Poroşenko bunun Konstitusiyaya zidd olmadığını söyləyib.