Bakıda ağac maşının üstünə aşdı - fotolar

Bakıda ağac maşının üstünə aşdı - fotolar
2676 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Xətai rayonunun NZS qəsəbəsində minik avtomobilinin üstünə ağac aşıb.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, General Mehmandarov küçəsində qeydə alınan hadisə zamanı güclü külək yaxınlıqda olan ağacı Manafov İbada aid “90 UT 428” dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin üstünə aşırıb. Avtomobilə xeyli ziyan dəyib və hazırda maşın istifadəyə yararsız haldadır.

Zərərçəkmiş faktla bağlı 102, 112 xidmətlərinə, həmçinin avtomobilin sığorta olunduğu sığorta şirkətinə məlumat verdiyini bildirib. Sığorta şirkətindən zərərçəkmişə bildirilib ki, sadəcə icbari sığortası olduğundan onun zərəri kompensasiya olunmayacaq.