Bu fotosu ilə məşhurlaşan əlil qadın deputat oldu

Bu fotosu ilə məşhurlaşan əlil qadın deputat oldu
1671 dəfə oxunub
  • A-
  • A
  • A+
Leysan altında çəkilmiş fotosu ilə bütün Türkiyənin gündəminə çevrilən əlil qadın Bennur Karaburun Bursadan deputat seçilməyə müvəffəq olub.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, 2013-cü ildə əlil arabasında ikən gənc oğlan tərəfindən başına çətir tutulan Bennur bu uğurunu həmin an lentə alınmış şəklinə borcludur.

Belə ki, ölkə gündəminə çevrilən həmin foto sayəsində prezident Rəcəb Tayyib Ərdoğan avtomobil qəzasından sonra əlil arabasına məhkum olunmuş B.Karaburuna zəng edərək onunla söhbətləşmişdi.

7 iyun parlament seçkilərində isə 2 dil bilən əlil qadın namizədliyini irəli sürərək qalib olub.