İlham Əliyev və xanımı Bayraq Meydanında - fotolar

İlham Əliyev və xanımı Bayraq Meydanında - fotolar
1360 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunları ərəfəsində paytaxt sakinləri və şəhərimizin qonaqları üçün Bakıda Heydər Əliyev Fondunun layihəsi olan yeni mədəniyyət obyekti fəaliyyətə başladı. Dövlət Bayrağı Meydanı ərazisində Daş salnamə muzeyinin açılışı olub.

Axşam.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olublar.

Dövlətimizin başçısı və xanımına muzey haqqında məlumat verildi. 1921-ci ildə inşa olunan və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulan elektrik stansiyasının binası bərpa işlərindən sonra muzey kimi fəaliyyət göstərəcək. Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətləri məhz daş plastika ənənələrində saxlanılıb.

_____

Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun daha bir layihəsi olan yeni ekspozisiya açılıb. Bu, ölkəmizin təsviri incəsənətinin inkişafının yüzillik tarixini əhatə edən “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyasıdır.

Prezident İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva ekspozisiyanın açılışında iştirak ediblər

________

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Dövlət Bayrağı Meydanı ərazisində yeni inşa edilən “Atelye 61” restoranı ilə tanış olublar.