Türkiyənin ən gənc qadın deputatı seçildi - fotolar

Türkiyənin ən gənc qadın deputatı seçildi - fotolar
1972 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə keçirilən parlament seçkilərində ən gənc qadın deputat seçilib.

Axşam.az-ın "Milliyet"ə istinadən məlumatına görə, AKP-nin 3, MHP və CHP-nin isə 1 namizədi seçilən Tokatda 26 yaşlı Fatma Qaye Güler deputat olub. 

Fatma partiyasının gənclərə önəm verdiyini vurğulayıb. 

1988-ci ildin oktyabrında anadan olan Güler Qazi Universitetini bitirib. Hazırda isə İstanbul Universitetində tələbələliyinə davam edir. Siyasi həyata 2009-cu ildə başlayıb. 2012-2014-cü illərdə AKP-nin İstanbul Gənclik Qolları İctimaiyyətlə Əlaqədar və Seçki İşləri idarələrində işləyib.

Qeyd edək ki, bu vaxta qədər ən gənc qadın deputat 2007-ci ildə 30 yaşında seçilən Dilek Yüksel idi.