"Bakı-2015"in açılış və bağlanış günlərində avtobus marşrutlarının siyahısı

"Bakı-2015"in açılış və bağlanış günlərində avtobus marşrutlarının siyahısı
2763 dəfə oxunub
  • A-
  • A
  • A+

Nəqliyyat Nazirliyi Bakı-2015 I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib.

Axşam.az-ın nazirliyə istinadən məlumatına görə açılış və bağlanış mərasimlərində avtobus marşrutlarının xətlərində nəzərdə tutulan dəyişikliklər aşağıdakılardır:

Zabrat - Maştağa istiqamətindən

107, 131, 172, 173 və 189 nömrəli marşrut xətləri E.Mehdiyev - Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi - “Neftçilər” metrostansiyası - Rüstəm Rüstəmov və Mikayıl Əliyev küçələrinin kəsişməsindən təşkil olunacaq.

139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut xətləri E.Mehdiyev - Bakıxanov qəsəbəsi - O.Əfəndiyev küçəsi - Məmmədəli Şərifli küçəsi - Şirin Mirzəyev - Qara Qarayev prospekti (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası - Şəmsi Əsədullayev küçəsi - Bakıxanov qəsəbəsi - S.Mehmandarov küçəsi - Sülh küçəsi - “Neftçilər” metrostansiyası və sonra mövcud xətt üzrə hərəkət edəcək.

55 saylı marşrutun xətti Sabunçu stansiyası - Ş.Əsədullayev küçəsi - Bakıxanov qəsəbəsi - S.Mehmandarov küçəsi və sonra mövcud xətt üzrə hərəkət edəcək.

93 saylı marşrutun xətti müvəqqəti dayandırılır.

Mərdəkan - Buzovna - Qala - Bülbülə qəsəbələri istiqamətindən

100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şosesi - Heydər Əliyev prospekti - Zığ beton yolu - Gəncə prospekti - "Həzi Aslanov" metrostansiyasına qədər təşkil olunacaq.

116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu - Nobel prospekti - A.Cəlilov - K.Səfərəliyeva - 28 May küçələri (S.Vurğun bağının yanı) son dayanacaq.

184 saylı marşrut xətti Bülbülə qəsəbəsi - Bakıxanov qəsəbəsi - O.Əfəndiyev, M.Şərifli, Ş.Mirzəyev küçələri - Q.Qarayev prospekti (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.

214 saylı marşrut xətti Bakıxanov qəsəbəsi - O.Əfəndiyev küçəsi - Ramiz Qəmbərov küçəsi - “Neftçilər” metrostansiyası - 8-ci km bazarına qədər təşkil olunacaq.

Ziya Bünyadov prospekti istiqamətindən

11 və 36 nömrəli marşrut xətləri - Q.Qarayev prospekti - O.Vəliyev - M.Abbasov - A.Manafov - Q.Qarayev prospekti - sonra mövcud xətt üzrə.

82 saylı marşrutun xətti müvəqqəti dayandırılır.

207 saylı marşrutun xətti Binə T/M - Dairəvi yol - Moskva prospekti - A.Mustafayev - Z.Bünyadov - Atatürk prospektinə qədər təşkil olunacaq.