99 yaşlı qadın universiteti bitirdi - fotolar

99 yaşlı qadın universiteti bitirdi - fotolar
1371 dəfə oxunub
  • A-
  • A
  • A+

99 yaşlı Dorita Deniels həyatında çox şey görüb: ABŞ-ın Böyük Depressiya dövrü, iki dünya müharibəsi, qaradərililərin öz hüquqları üçün hərəkatı...

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, qadının həyatında ən yadda qalan hadisə isə bu yaxınlarda baş verib. O, 5 illik zəhmətinin nəticəsi olaraq universiteti bitirib.

Dorita magistraturada oxuyan nəvələrinin onu həvəsləndirməsindən sonra 2009-cu ildə təhsilə başlayıb. Tədris illəri dövründə onun üçün ən çətini kompyuterlə işləmək olub. O, diplom təqdimatında uzun müddət arzusunda olduğu niyyətini gerçəkləşdirib:

"Heç vaxt təslim olmayın. Başladığınız işi sona çatdırın. Heç kimə imkan verməyin ki, sizə mane olsun. Həmişə "mən bunu edəcəyəm" deyin".