May ayında doğulanlar daha sağlam olur

May ayında doğulanlar daha sağlam olur
1535 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerika tibb işçiləri tərəfindən 30 il ərzində təxminən 2 milyon insanın xəstəliyinin araşdırılması nəticəsində xəstəliklərə meyilliliklə insanların doğulduğu ayların arasındakı qarşılıqlı əlaqə müəyyən edilib.

Axşam.az-ın Azərtaca-a istinadən məlumatına görə, “Newsland” saytının yaydığı statistik göstəricilər ürək-damar çatışmazlığının mart, Diqqət Çatışmazlığı və Hiperaktivlik Sindromunun (DÇHS) və avitaminozun noyabr, astma xəstəliyinin iyun ayında doğulanlarda daha çox müşahidə olunduğunu təsdiqləyir.

Həmçinin müəyyən olunub ki, ən möhkəm sağlamlıq may ayında doğulanlarda olur, oktyabrda dünyaya gələnlər isə, təəssüf ki, müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Tədqiqatlar 1985-2013-cü illərdə dünyaya gəlmiş pasiyentlərin tibb kartları əsasında aparılıb.