Azərbaycanda Belarus mədəniyyəti günləri keçiriləcəkdir

Azərbaycanda Belarus mədəniyyəti günləri keçiriləcəkdir
850 dəfə oxunub
  • A-
  • A
  • A+
2013-cü il iyunun 4-dən 7-dək Azərbaycanda Belarus Respublikasının mədəniyyət günləri keçiriləcəkdir.

Tədbir iki dövlət arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinə həsr olunub. Bu barədə AzərTAc-a Belarus Respublikasının Azərbaycandakı səfirliyindən məlumat verilib.

Mədəniyyət günlərinin proqramında Belarus incəsənət ustalarının çıxışı, fotosərgi, Belarus bədii filmlərinin nümayişi nəzərdə tutulub.

Yaradıcı nümayəndə heyətinin tərkibində Belarus Respublikası prezidentinin İstedadlı gənclərə dəstək üzrə xüsusi fondunun təqaüdçüsü, estrada müğənnisi Günəş Abbasova, Belarusun “Svyata” Dövlət Xalq Musiqi Ansamblı, bir çox nüfuzlu beynəlxalq müsabiqələrin laureatı bayançı Vladislav Pliqovka, digər tanınmış ifaçılar var.

Belarus artistlərinin Bakıda, Mərdəkanda və Xaçmazda çıxışları planlaşdırılır.