Keyt Midlton doğuşdan sonra ilk dəfə - fotolar

Keyt Midlton doğuşdan sonra ilk dəfə - fotolar
2546 dəfə oxunub
  • A-
  • A
  • A+
Kembric hersoginyası Keyt Midlton şahzadə Şarlotta Elizabet Diana doğulandan sonra ilk dəfə görüntülənib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, kral ailəsi kraliça II Elizabetin ad günü mərasiminə qatılıb. Doğuşdan sonra ilk dəfə ictimaiyyət arasına çıxan 33 yaşlı Keytin əhvalının yüksək olmaması diqqətdən yayınmayıb.

Qeyd edək ki, Qərb mətbuatının yazdığına görə, Midlton kraliçanın göstərişinə əsasən, analıq məzuniyyətini yarımçıq kəsməli olub və ad günü münasibətilə rəsmi parada qatılıb.