Şahzadə keçmiş modellə evləndi - fotolar

Şahzadə keçmiş modellə evləndi -  fotolar
2817 dəfə oxunub
  • A-
  • A
  • A+
İsveç taxtının üçüncü varisi şahzadə Karl Filip bir vaxtlar model kimi çalışan Sofia Hellqvistlə ailə qurub.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, 16 Karl Qustaf və şahzadə Silvianın tək övladı 36 yaşlı Filipin nikahı Stokholm Kral Sarayındakı kilsədə keçirilib. Mərasimə Yaponiya, İngiltərə, Avropanın kral ailələrinin təmsilçiləri ilə yanaşı 550 qonaq qatılıb.

30 yaşlı Sofia 2005-ci ildə İsveç kanallarından birində yayımlanan "Hotel Paradise" adlı verilişin qonağı olub. Cütlüyün həmin ərəfədə tanış olduğu bildirilib. Filip və Sofia 2010-cu ildə münasibətlərini təsdiqləyib.