Uitni Hyustonun qızı rahat ölməsi üçün evə gətirilir

Uitni Hyustonun qızı rahat ölməsi üçün evə gətirilir
8703 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum pop ulduz Uitni Hyustonun qızı Bobbi Kristina Braun xəstəxanadan çıxarılır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qızın yaxınları belə qərara gəliblər ki, onu anası ilə bərabər yaşadığı evə gətirsinlər ki, dünyasını rahat dəyişə bilsin:

"Bu, onun, anasının evidir. Ailə fotolarının əhatəsində olması ona yaxşı təsir edər".

Atası Bobbi Braun isə bunun əleyhinə çıxaraq, qızının ona kömək edə biləcək həkimlərin yanında olmasını üstün tutur.

Qeyd edək ki, yanvarın 31-də sevgilisi Nik Qordon Kristinanı vanna otağında huşsuz vəziyyətdə tapıb. Bir neçə gün sonra komada olan Kristanın anasının ölüm günündə (11 fevral) onu süni şəkildə həyata bağlayan aparatdan ayırmaq qərarına gəlmişdilər. Amma bu baş vermədi.