İqor Krutoyun oğlu ikinci dəfə evləndi – fotolar

İqor Krutoyun oğlu ikinci dəfə evləndi – fotolar
1645 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın tanınmış bəstəkar-prodüseri İqor Krutoyun yeganə oğlu, 34 yaşlı Nikolay ikinci dəfə ailə qurub.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mərasim “Agalarov Estate” qolf-klubunda baş tutub. Nikolay Yuliya Miroslavskaya ilə evlənib. Nikahdan sonra Yuliya ərinin soyadını götürüb. Gecədə Rusiyanın tanınmış simaları iştirak ediblər. Onların arasında Alsu, Nikolay Baskov, Lera Kudryatseva, Dima Bilan və başqaları olub.

Qeyd edək ki, Nikolay İqor Krutoyun ilk nikahından dünyaya gələn yeganə oğludur. Nikolay 8 il əvvəl ailəli olub. Onun ilk nikahından Kristina adlı 5 yaşlı qızı var.