Ebru Gündeşə "selfi hücumu" - fotolar

Ebru Gündeşə "selfi hücumu" - fotolar
1985 dəfə oxunub
  • A-
  • A
  • A+
Kiprdə konsert verən müğənni Ebru Gündeş izləyicilərin böyük sevgisi ilə qarşılanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni onunla selfi çəkdirmək istəyən fanatlarının arasında qalıb.

Konsertin baş tutduğu otelin məsul şəxsləri Ebrunu izləməyə gələn təxminən 1800 tamaşaçının rekord olduğunu bildirərək sənətçiyə çiçək dəstəsi təqdim ediblər. Sevənlərinin diqqət və qayğısından çox sevindiyini söyləyən E.Gündeş “22 ildir məni tək qoymadınız və hər zaman alqışladığınız üçün sizə minnətdaram”,- deyə təşəkkürünü bildirib.

O, selfi çəkdirmək istəyən fanatlarının könlünü isə “Bunu mən də çox istəyirəm, amma 1800 nəfərlə selfi çəkdirsəm, mahnını kim oxuyacaq?” sözləri ilə alıb.