Mənsum İbrahimov Lüksemburqda konsert verəcək

Mənsum İbrahimov Lüksemburqda konsert verəcək
764 dəfə oxunub
  • A-
  • A
  • A+
Mayın 29-da Xalq Artisti Mənsum İbrahimov Lüksemburqa geniş konsert proqramI ilə çıxış edəcək.

Bu barədə AzərTAc-a məlumat verən xalq artisti bildirib ki, Lüksemburq simfonik orkestri ilə birgə məşq etmək üçün bu ölkəyə üç gün əvvəlcədən gedəcəyik. Konsertdə xalq və bəstəkar mahnılarımızla yanaşı, muğamlarımız da səsləndiriləcək. Layihənin maraqlı məqamlarından biri də muğamları getdiyimiz ölkələrin orkestrləri ilə birgə ifa etməyimizdir.

Mənsum İbrahimov demyib ki, səfər 2007-ci ildə hazırlanmış “Simfonik muğam” layihəsi əsasında təşkil olunub.
Bu layihə artıq neçə ildir ki, fəaliyyət göstərir və biz onun əsasında 10-dan çox ölkədə olmuşuq.
Əsas məqsədin Azərbaycan muğamını xarici ölkələrdə tanıtmaqdan ibarət olduğunu deyən xalq artisti bildirib ki, Avropa ölkələrində simfonik musiqini çox sevirlər. Həmin səbəbdən Azərbaycanın simfonik muğamlarının təbliğində bu layihə mühüm rol oynayır.