Sərxoş olan Özcan Dəniz danışa bilmədi – fotolar

Sərxoş olan Özcan Dəniz danışa bilmədi – fotolar
3676 dəfə oxunub
  • A-
  • A
  • A+
“Kaderimin yazıldığı gün” serialının mövsüm finalından sonra çəkiliş heyəti məkanların birinə yollanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özcan Dənizlə Hatice Şəndilin baş rolda çəkildikləri ekran işinin final partisi səhərədək davam edib.

Məkanı ilk tərk edən Özcan Dənizin sərxoş olduğu diqqətdən qaçmayıb. Danışmaqda çətinlik çəkən ifaçı jurnalistlərin suallarını qısa cavablandırıb.

Aktyor Metin Çəkməz isə məkandan iki nəfər mühafizəçinin köməyi ilə çıxa bilib. Spirtli içkinin təsirindən yeriməkdə çətinlik çəkən aktyor jurnalistləri göstərərək “Nə olub? Bunlar kimdir”, - deyə soruşub.